Bakıda 4 nəfəri gün vurdu

Son üç gün ərzində (10.07.2025 – 13.07.2025) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 4 nəfər müraciət edib.

Bu barədəGununsesi.info-nun sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib.

Mərkəzdən verilən məlumata görə, günvurmaya məruz qalanlara ilkin tibbi yardım göstərilib və vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar. Müraciətlər zamanı heç bir ölüm halı qeydə alınmayıb.

Gununsesi.info