
Cənubi Koreya son 6 ildə ilk dəfə Şimali Koreya sərhədi yaxınlığında təlimlər keçirib Cənubi Koreya 6 ildən sonra Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda hərbi atış təlimi keçirib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Cənubi Koreya ordusundan verilən açıqlamada bildirilib.
Təlimlərin iki ölkəni birləşdirən Gyeonggi və Gangwon bölgələrindəki ərazidə təşkil edildiyi qeyd olunub. Açıqlamada, 6 ildən sonra ilk dəfə keçirilən təlimində 140 güllə atıldığı vurğulanıb.
Həmçinin məlumata görə, bu təlim hökumətin 2018-ci ildə iki ölkə arasında imzalanmış və hərbi gərginliyi azaltmaq məqsədi daşıyan müqaviləni dayandırmasından sonra quruda keçirilən ilk təlimdir və ordunun bundan sonra mütəmadi olaraq sərhəd bölgəsində təlimlər keçirəcəyi də söylənilir.
Ceyhun
Gununsesi.info