
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) qızlara qarşı cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbsdə olarkən ölü tapılan amerikalı milyarder Ceffri Epşteynlə bağlı Ədliyyə Nazirliyinə minlərlə səhifəlik sənədlər təqdim etdiyi bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin baş prokuroru Pam Bondi Fox News telekanalında ABŞ-da bir çox məşhur adlarla əlaqəsi olan “pedofil” milyarder Ceffri Epşteynin işi ilə bağlı danışıb.
Bondi, Epşteynlə bağlı sənədləri “paylaşmamaq”da günahlandırdığı FTB-yə möhlət verdiyini və bu sənədlərin harada saxlandığını bir mənbənin ona söylədiyini də bildirib.
Minlərlə səhifəlik sənədin olduğunu deyən Bondi, “FTB onları nəzərdən keçirir. FTB-nin bütün bu sənədləri niyə paylaşmadığına dair ətraflı hesabatı bizə təqdim edəcək” deyib.
Keçmiş prezident Co Bayden administrasiyasının sözügedən sənədlərlə bağlı hərəkətə keçmədiyinə diqqət çəkən Bondi, “İndi yeni bir idarə var və hər şey ictimaiyyətə açıqlanacaq” deyə bildirib.
Digər tərəfdən Bondi, qurbanları qorumaq üçün prosesin diqqətlə idarə edilməsi lazım olduğuna da diqqət çəkdi.
Sənədlərdə Maykl Cekson, Mik Caqqer, Kris Evans, ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp, Naomi Kempbell, Alaster Kempbell, Devid Bleyn, Toni Bleyr, Mayk Blumberq, Riçard Branson, Ralf Fayns və Alek Balduin də daxil olmaqla, bu işlə bağlı şəxslərin adı çəkilir.
Orxan