Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək: “Heç kim buna daha layiq deyil”

  • By Admin2
  • 04 Mart 2025 12:18

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Darrell İssa prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyini bildirib.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, İsa sosial media platforması X-də “Bu gün mən Donald Trampı Nobel Sülh Mükafatına namizəd edəcəyəm. Heç kim bundan artıq mükafata layiq deyil” sözlərini paylaşıb.

Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə Oval kabinetdə keçirdiyi görüşdə “Mənə heç vaxt Nobel Sülh Mükafatını verməyəcəklər. Bu, dəhşətli bir şeydir. Mən buna layiqəm, amma bunu heç vaxt mənə verməyəcəklər” deyib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidentləri Teodor Ruzvelt, Vudro Vilson, Cimmi Karter və Barak Obama Nobel Sülh Mükafatına layiq görülüblər.

Orxan

Gununsesi.info