İsraildən yeni Qəzza hədəsi: "Cəhənnəmin qapıları açılacaq"

  • By Admin2
  • 04 Mart 2025 12:05

İsrailli məhbusların tezliklə azad edilmədiyi təqdirdə “cəhənnəmin qapılarının açılacağını” bəyan edən İsrail Müdafiə naziri Yisrael Katz Qəzza zolağına hücumla hədələdiyini təkrarlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail humanitar yardımın Qəzzaya daxil olmasını dayandırmışdı.

Nazir Katz İsrailin keçmiş baş naziri Menahem Beginin ölümünün 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması müzakirələrindən danışıb . Katz Qəzza zolağına hücumları bərpa edə biləcəkləri ilə hədələyib.

Qəzzaya humanitar yardımın dayandırılmasının “başlanğıc” olduğunu deyən Katz, “Həmas tezliklə məhbusları azad etməsə, Qəzzanın qapıları qıfıllanacaq və cəhənnəmin qapıları açılacaq” deyib.

Orxan

Gununsesi.info