Volqoqradda girov götürülmə zamanı xəsarət alanların vəziyyəti məlum olub

Rusiya Federal Penitensiar Xidmət Volqoqrad vilayətində ciddi rejimli cəzaçəkmə koloniyasında (İK-19) girov götürülmə zamanı xəsarət alanların vəziyyətindən danışıb.

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, Federal Penitensiar Xidmətin yaralı əməkdaşlarının vəziyyəti ağırdır.

Bildirilib ki, əməkdaşlardan biri hal-hazırda xəstəxanadadır. Daha üç nəfər isə 1 saylı Volqoqrad vilayət klinik xəstəxanasına yerləşdirilib:“Zərərçəkənlərin vəziyyəti ağırdır”

Qeyd olunub ki,  faktla bağlı. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 206-cı maddəsi (girov götürmə) və 321-ci maddəsi (koloniyanın işinin təşkili) ilə cinayət işi açılıb.

Xatırladaq ki, dünən, avqustun 23-də bir neçə məhbus koloniyanın bir neçə əməkdaşını girov götürüb.

Nəticədə Federal Penitensiar Xidmətin 4 əməkdaşı həlak olub, daha 4 nəfər yaralanıb. Snayperlər daha sonra işğalçıları zərərsizləşdiriblər.

 

 

Günay

Gununsesi.info