
Rusiya hərbçiləri Ukrayna prezidenti Vladimir Zelenskinin doğulduğu Krivı Riq şəhərinə hava zərbələri endirib. Hücum nəticəsində 3 nəfər ölüb, 31 nəfər yaralanıb, onlardan 14-nün vəziyyəti ağırdır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Moskva hökuməti üçüncü ilini başa vuran müharibədə Ukraynanı bombalamağa davam edir . Rusiya hərbçiləri gecə saatlarında Ukrayna prezidenti Vladimir Zelenskinin doğulduğu şəhərdəki otelə raket zərbəsi endiriblər.
Hücum nəticəsində 3 nəfər ölüb, 31 nəfər yaralanıb, onlardan 14-nün vəziyyəti ağırdır.
Dnepropetrovsk vilayətinin qubernatoru Sergiy Lısak deyib: “Krivı Riqda gecə saatlarında raket hücumu nəticəsində üç nəfər həlak olub… Onların ailələrinə başsağlığı veririk”.
Səlahiyyətlilər oteldən əlavə 14 yaşayış binası, bir poçt şöbəsi, iyirmiyə yaxın avtomobil, bir mədəniyyət müəssisəsi və 12 mağazanın zədələndiyini bildiriblər.
Kryvyi Rig cəbhə xəttindən təxminən 70 kilometr şimal-qərbdə yerləşir. Müharibədən əvvəl şəhərdə 600 mindən çox insan yaşayırdı.
Orxan