İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 48 440 nəfərə çatıb

  • By Admin2
  • 06 Mart 2025 11:10

Son 24 saat ərzində Qəzza zolağında dağıntılar altından 30-u çıxarılan 35 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb. Atəşkəs əldə olunana qədər Qəzza zolağında 48 440 fələstinli həlak olub, 111 845 nəfər isə yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb. Son 24 saatda 30-u dağıntılar altından çıxarılan 35 nəfərin cəsədinin xəstəxanalara çatdırıldığı, 10 nəfərin isə yaralandığı bildirilib.

İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən 19 yanvar atəşkəs rejiminə qədər davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayının 48 min 440-a, yaralı sayının isə 111 min 845-ə yüksəldiyi bildirilib.

HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir. Qəzzada Səhiyyə Nazirliyi atəşkəs başlayandan bəri İsrailin hücumları nəticəsində 116 fələstinlinin öldüyünü, 490 nəfərin isə yaralandığını açıqlayıb.

Orxan

Gununsesi.info