
İsrail ordusu Livandan sərhəddəki Kiryat Şmona qəsəbəsinə 15 raket atıldığı və 10-dək raketin havada məhv edildiyini bildirib.
Gununsesi.info-nun məlumtına görə, bu barədə İsrailin “Kanal 12” televiziyasında qeyd olunub.
Telekanal raket hücumu ilə əlaqədar Qalile Stem bölgəsindəki Kiryat Şmona qəsəbəsində sirenlərin səsləndiyini söyləyib.
İsrail ordusundan verilən başqa bir açıqlamada ölkınin döyüş təyyarəsinin Livanın cənubunda Hizbullaha aid hərbi binaya hücum etdiyi və binada bir Hizbullah üzvünün olduğu vurğulanıb.
Bu arada Hizbullah da Cəl əl-Aləm bölgəsini hədəf aldıqlarını açıqlayıb.
Ceyhun
Gununsesi.info