BMT Hindistanı qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi (CERD) Hindistanı Rohinca müsəlmanlarına qarşı irqi ayrı-seçkiliyə, məcburi deportasiyalara və özbaşına həbslərə son qoymağa çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bəyanatda, həmçinin zorla deportasiya edilərək Myanmaya qaytarılacaq Rohinca müsəlmanlarının insan hüquqlarının pozulması riski ilə üzləşdiyi bildirilir.

Eyni zamanda siyasətçilər və ictimai xadimlər də daxil olmaqla, Rohinca müsəlmanlarına qarşı geniş yayılmış irqçi nifrət ifadələri və zərərli yanaşmalar barədə xəbərlərin yayıldığı da qeyd edilib.

“Biz Rohinca müsəlmanlarının, o cümlədən uşaqların qeyri-adekvat şəraitdə, bəzi hallarda lazımi prosedur və ya qanuni təmsilçiliyə çıxışı olmadan özbaşına, kütləvi şəkildə saxlanması ilə bağlı xəbərlərdən narahatıq”, – deyə bəyanatda vurğulanır.

Təçkilat irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya üzv olan ölkələri bu əməlləri pisləməyə və onların araşdırılmasını və lazımi qaydada cəzalandırılmasını təmin etməyə çağırıb.

 

 

 

Ceyhun

Gununsesi.info