Hindistanda ritual zamanı izdihamda ölənlərin sayı 121-ə çatıb

Hindistanın Uttar Pradeş ştatında kütləvi aksiya zamanı izdiham nəticəsində həyatını itirənlərin sayı 121-ə çatıb.

Gununsesi.info NDTV kanalına istinadla xəbər verir ki, ötən gün Uttar Pradeş ştatının Hathras bölgəsində keçirilən “satsanq” adlı kütləvi ibadət tədbiri zamanı izdiham yaşanıb.

Hathras bölgəsinin rəsmiləri Maniş Çaudri izdihamda aralarında uşaqların da olduğu 121 nəfərin öldüyünü, xəstəxanaya yerləşdirilən 28 nəfərin isə müalicəsinin davam etdiyini bildiriblər.

Araşdırmalar nəticəsində əldə edilən ilkin məlumata görə, izdihamın yaranmasına  tədbirin düzgün planlaşdırılmaması, ərazidəki çıxışların qeyri-adekvat olması və əlverişsiz hava şəraiti böyük təsir göstərib.

 

 

 

Ceyhun

Gununsesi.info