Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

  • By ilhame
  • 02 İyul 2024 21:58

Azərbaycanın yunan-Roma güləşçisi Serbiyanın Novi Sad şəhərində U-20 Avropa çempionatında bürünc medal qazanıb.

 

Gununsesi.info xəbər verir ki, yarışın ikinci günündə Məhəmməd Şükürzadə (63 kq) serbiyalı Deyan Berkeçə 5:1 hesabı ilə qalib gəlməklə bürünc medala sahib çıxıb.

 

Rahim Həsənov (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.

 

Davud Məmmədov (77 kq) isə təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kq) isə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.

Gununsesi.info