
Yaponiya Bankının (BoJ) Tokionun Nihonbaşı rayonundakı baş qərargahında yeni yapon yeni əskinasları təqdim edilib.
Gununsesi.info-nun xarici mediaya istinadən məlumatına görə, BOJ qubernatoru Ueda Kazuonun ev sahibliyi etdiyi təqdimat mərasimində yeni 1000, 5 min və 10 min Yapon yeni əskinasları nümayiş etdirilib.
Ueda Yaponiyada digər Asiya ölkələri ilə müqayisədə nağdsız ödənişlərin daha aşağı olduğuna diqqət çəkib.
Nağd pulun Yaponiyanın gələcəyində etibarlı ödəniş üsulu kimi rol oynayacağını qeyd edən Ueda, yeni əskinasların iqtisadiyyatda qarşılıqlı əlaqəni gücləndirəcəyini qeyd edib.
Bildirilir ki, birinci mərhələdə BoJ 1,6 trilyon yen (9,9 milyard dollar) dəyərində yeni əskinasları dövriyyəyə buraxmağı planlaşdırır.
2004-cü ildən sonra ilk dəfə dövriyyəyə buraxılan Yen əskinaslarında daha asan oxunması üçün yerli dildə “kanci” simvolu olan rəqəmlər daha böyük şriftlə çap edilib.
Hökumətin Milli Çap Bürosu (NPB) Yapon yeni əskinaslarında ilk dəfə olaraq 3D holoqram texnologiyasından istifadə edildiyini açıqlayıb.
“Saxtakarlığın qarşısını almaq” üçün istifadə edilən 3D holoqram texnologiyası sayəsində yaradılan yeni dizaynla təhlükəsizliyin və istifadəyə yararlılığın artırılması hədəflənir.
Ceyhun
Gununsesi.info