Ukrayna Orbanın atəşkəs təklifini qəbul etməyib

  • By ilhame
  • 02 İyul 2024 23:16

Ukrayna rəsmiləri Macarıstanın Baş naziri Viktor Orbanın atəşkəs təklifini nəzərə alıblar, lakin hesab edirlər ki, nizamlanmanın digər aspektləri nəzərə alınmadan bu, mümkün deyil.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva məlumat verib.

 

“Ukrayna Prezidenti Volodimir Zelenski həmsöhbətini dinlədi, lakin cavab olaraq öz mövqeyini bildirdi. Ukraynanın mövqeyi kifayət qədər aydın, anlaşılan və hamıya məlumdur. Fakt odur ki, bu cür prosesləri ayrı-ayrılıqda nəzərdən keçirmək olmaz”, – Jovkva bildirib.

 

Qeyd edək ki, bu gün Macarıstanın Baş naziri Viktor Orban bu gün Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Gununsesi.info