
Çin və Rusiya sərhədyanı terrorizmlə mübarizə üçün birgə hərbi təlim keçirib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Çin ordusunun “PLA Daily” qəzetində bildirilib.
Qeyd edilib ki, iki ölkə əsgərlərinin Çinin Heyx şəhəri ilə Rusiyanın Blaqoveşensk şəhərlərini ayıran Amur çayı üzərindəki Heylongciang körpüsü ətrafında antiterror təlimi keçirib.
Təlimlər “sərhədi keçməyə çalışan terrorçular” ssenarisi üzrə aparılıb.
Xəbərdə əsgərlərin terroçuları dayandırmaq üçün havadan kəşfiyyat, dənizdən müdaxilə və qurusan pusqu manevrləri həyata keçirdikləri ifadə edilib.
Xəbərdə qeyd edilib ki, təlimdə kəşfiyyat məlumatlarının mübadiləsi və əməliyyat koordinasiyasına diqqət yetirilib.
İki ölkə ordusunun təhlükəsizliyini birgə təmin edərək, hər növ terror, separatizm və ekstremizmə qarşı təsirli tədbirlər görmək əzmində olduqları nümayiş etdirilib.
Ceyhun
Gununsesi.info