Kürdə batan balıqçıların kimliyi bəlli oldu - YENİLƏNDİ

  • By Günel
  • 19 Fevral 2025 22:23

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində batan balıqçıların kimliyi bilinib.

Gununsesi.info xəbər verir ki, həmin şəxslərdən biri rayonun Seyidlər kənd sakini, 2003 cü il təvəllüdlü İsmayıl Şubliyev, digəri isə Çinarlı qəsəbəsində qeydiyyatda olan 1999-cu il təvəllüdlü Muşviq İsmayılovdur.

İlkin məlumata görə, hadisə qayığın aşmasından baş verib.

Batan şəxlərin axtarışları davam etdirilir.

Gununsesi.info