
Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində orta yaşlı iki nəfər batıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.
Batan şəxslərin axtarışları davam edir. Həmin şəxslərin balıqçı olduğu ehtimal olunur.