Pambıq yığımında son 40 ilin ən yüksək məhsuldarlığı qeydə alınıb

  • By Günel
  • 19 Fevral 2025 20:59

Biləsuvar rayonunda 2024-cü ildə 6 min 915,8 hektar sahədə pambıq məhsulu əkilib.

Gununsesi.info “Report”-a istinadən, sahələrdən 24 min 776,98 ton pambıq məhsulu toplanıb.

Nəticədə rayon üzrə orta məhsuldarlıq 35,8 sentnerə çatıb. Bu məhsuldarlıq rayon üzrə son 40 ilin ən yüksək göstəricisidir.

Qeyd edək ki, 2023-cü ildə sahələrdən 18 min 538,98 ton məhsul əldə olunub və orta məhsuldarlıq  hər hektara 27,5 sentner təşkil edib. Hazırda növbəti əkin üçün sahələrdə şum işləri aparılır.

Gununsesi.info