Azərbaycan Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı olub

  • By Günel
  • 19 Fevral 2025 22:56

2025-ci ilin yanvarında Azərbaycan Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”- un yerli bürosu Gürcüstanın Milli Statistika Xidmətinin ilkin məlumatlarına istinadən xəbər verir.

Statistikaya görə, Gürcüstanın ümumi ixracı 19,3 % artaraq 403,9 milyon ABŞ dollarına çatıb. Azərbaycanın Gürcüstandan idxalı isə 46,2 milyon dollar təşkil edib.

Ümumilikdə, 2025-ci ilin yanvar ayında Gürcüstanın ixracında MDB-nin payı 64,2 % təşkil edib.

Bununla yanaşı, Gürcüstanın bəzi əsas ixrac bazarlarına – Rusiya, Türkiyə və Çinə satışlar azalıb. Əvəzində Azərbaycan Gürcüstan məhsulları üçün sabit bazarlardan biri olaraq qalır.

Gununsesi.info