
Almaniyada ukraynalı qaçqınların iş tapması 300 minə çatıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukraynada baş verən genişmiqyaslı müharibənin başlanmasından üç il sonra təxminən 300 000 ukraynalı qaçqın Almaniyada iş tapıb.
2022-ci ilin fevral ayında isə yalnız 65 000 ukraynalı işlə təmin olunmuşdu.
Almaniya Federal Əmək Agentliyinin məlumatına görə, 2024-cü ilin noyabr ayına qədər təxminən 296 min ukraynalı işləyir və onlardan 245 min nəfəri sosial sığorta fondlarına ödəniş edir.
Bildirilir ki, ukraynalılar əsasən sənaye, ticarət, səhiyyə, tikinti, otelçilik və kommersiya xidmətləri sahələrində çalışırlar.
Qeyd edək ki, müharibənin başlanmasından sonra Almaniyada ukraynalı qaçqınların sayı 1,256 milyona yüksəlib. Bununla yanaşı, 2024-cü ilin noyabrına qədər 211 min ukraynalı işsiz qalıb. 98 min nəfər Alman dilini B1 səviyyəsində öyrənir, 29 min nəfər isə peşə kurslarına qatılır.
Şəbnəm