
Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkə əhalisinin yarıdan çoxunun onu dəstəklədiyi barədə sözlərinə istehza edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“O, bu qədər populyardırsa, seçki keçirmək fikrindən məmnun olmalıdır!”, – deyə Mask Zelenskinin “vətəndaşların 57 faizdən çoxu məni dəstəkləyir” açıqlamasına münasibət bildirərkən qeyd edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Zelenskinin reytinqi kəskin aşağı düşüb.