Nərimanovda dayı bacısı qızını bıçaqlayıb

  • By Admin2
  • 28 Aprel 2025 12:17

Bakıda dayı bacısı qızını bıçaqlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə aprelin 26-da Nərimanov rayonunda baş verib.

1992-ci il təvəllüdlü F.Baxışlı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılıb.

Nərimanov RPİ-nin keçirdiyi tədbirlərlə onu bıçaqlayan dayısı saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.

Gununsesi.info