Türkiyənin yanğınlarla mübarizəsi davam edir -Fotolar

  • By ilhame
  • 18 Avqust 2024 11:43

Türkiyədə bir neçə gün öncə başlayan meşə yanğınları hələ də davam edir.

 

Gununsesi.info “TRT haber”ə istinadən xəbər verir ki, yanğına bütün istiqamətlərdən müdaxilələr var.

 

Kənd təsərrüfatı və meşə Naziri İbrahim Yumaklı bildirib ki, hazırda ölkədə 8 aktiv yanğın mövcuddur.

 

Ehtiyat tədbiri olaraq İzmir, Aydın, Bolu və Manisa kimi şəhərlərdən ümumilikdə 4 minə yaxın sakin təhlükəsiz bölgələrə təxliyə edilib.