
Kino tarixinin unudulmaz personajlarından biri olan İndiana Jonesın məşhur papağı hərracda 630 min dollara satılıb. Papaq Harrison Fordun “İndiana Jones və Tale Məbədi” filmində istifadə olunub.
Hərrac evindən verilən açıqlamaya görə, “İndiana Consun imzalı papağı personajın özü qədər unudulmaz bir parçadır. Bu şapka Indiana Jones seriyasının ikinci filmi üçün xüsusi olaraq istehsal edilib.
Bundan başqa hərrac zamanı 1983-cü ildə çəkilmiş “Ulduz müharibələri: Jedinin qayıdışı” filmində istifadə edilən hərbi dəbilqə 315 min dollara, Daniel Radcliffein “Harri Potter və Azkaban Məhbusu” filmində istifadə etdiyi əsa isə 53 min 550 dollara satılıb.
Günel
Gununsesi.info