İsrail ordusu “Hizbullah”ın təxribat qüvvələrinin komandirini məhv edib

  • By ilhame
  • 17 Avqust 2024 22:49

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının Radvan təxribat birləşmələrinin səhra komandirlərindən birini məhv edib.

 

Gununsesi.info bu barədə TASS-a istinadən xəbər verir.

 

“İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Tir bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində Radvan qrupunun komandiri Hüseyn İbrahim Kassebi məhv edib”, – deyə ordunun bəyanatında bildirilir.

Gununsesi.info