
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Gununsesi.info bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Məlumata görə, telefon danışığı zamanı Prezident İlham Əliyev qardaş ölkə başçısına meşə yanğınları ilə bağlı keçmiş olsun diləklərini çatdırıb.
Azərbaycan dövlət başçısı ölkəmiz tərəfindən yanğınla əlaqədar bir yanğınsöndürmə təyyarəsinin meşə yanğınlarının söndürülməsinə yönəldildiyini bildirib.
Ərdoğan Azərbaycan xalqına təşəkkür edib.
Gununsesi.info