Ağdamda 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb

  • By ilhame
  • 18 Avqust 2024 10:18

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçiriblər.

 

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən ümumilikdə 1 tondan artıq 3899 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Gununsesi.info