Nazirlər TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə etdi

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı baş tutub.

XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Gununsesi.info