Sumqayıt-Bakı yolunda zəncirvari qəza: 6 maşın… - VİDEO

  • By Günel
  • 21 Sentyabr 2024 18:22

Sumqayıt-Bakı şosesinin Abşeron gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Oxu.Az-a istinadən bildirir ki, zəncirvari qəzada altı avtomobilə ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat Xidmətinə sorğu ünvanlanıb. Qurumdan araşdırmanın nəticəsinə uyğun olaraq açıqlama veriləcəyi bildirilib.

Görüntüləri təqdim edirik:

 

Gununsesi.info