Sumqayıt-Bakı qatarında texniki nasazlıq yaranıb?

  • By Günel
  • 20 Sentyabr 2024 10:02

“Sumqayıt-Bakı qatarının 28 dəqiqə gecikməsinə səbəb qapıların bağlanmaması olub”.

Gununsesi.info bildirir ki, bu açıqlamanı Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

“Qatarda hər hansı nasazlıq olmayıb. Qatarlar xəttə çıxmadan əvvəl mütləq qaydada texniki baxışdan keçirilir.

Səhər saatlarında sərnişinlərdən biri qapının bağlanmasına maneə yaratdığı üçün qatar dayanmalı olub. Çünki təhlükəsizlik baxımından qapılar kip örtülmədiyi halda qatar hərəkət edə bilməz”, – deyə S. Nəzərova qeyd edib.

Gununsesi.info