
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 20 oktyabr saat 19:00-da görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutacaq.
Gununsesi.info bildirir ki, filarmoniyadanyadan verilən xəbərə görə, konsert proqramında filarmoniyanın solistlərinin ifasında bəstəkarın “Dalğalar”, “Vətənimsən”, “Bir xumar baxışla”, “Dedim tələsmə”, “Bir könül sındırmışam”, “İlk sevgi”, “Azərbaycan dünyam mənim” mahnıları səsləndiriləcək.
Gununsesi.info