
İsrail İranın şimal-qərbinə zərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, hücum zamanı Şərqi Azərbaycan ostanının paytaxtı Təbriz şəhərinin cənub-qərbində yerləşən iki yer hədəf alınıb.
Konkret hansı yerlərə zərbələr endirildiyi açıqlanmır. Şəhərin hava hücumundan müdafiə sistemləri işə salınıb.