
ABŞ Prezidenti Donald Tramp bu gün günortadan sonra Oval Ofisdə Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı cədvəldən məlum olur.
Bugünkü cədvəldə heç bir ictimai tədbir nəzərdə tutulmayıb.
Daha əvvəl Trampın bu gün Haaqada keçirilməli olan illik NATO sammitinə getməsi nəzərdə tutulmuşdu. Lakin həmin görüşə o sabah yola düşəcək.