
Qəzza zolağında atəşkəs üçün İsrail və Fələstinin Həmas hərəkatı arasında əldə olunan razılaşma iflasa uğramaq ərəfəsindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat verib.
Bildirilir ki, bu müqavilə ən effektivdir, çünki hər iki tərəfin tələblərini nəzərə alır.
Mənbələr deyirlər ki, HƏMAS-ın hazırkı şərtlərlə razılaşmanı rədd etməsi ilə bağlı açıq bəyanatları təşəbbüsün uğursuzluğa düçar olacağı qorxusunu artırır.
Nəşr yazır ki, tərəflər bu həftə Qahirədə razılığa gələ bilməsələr, onların yanğını dayandıra biləcək variantları qalmaya bilər.
“Həmas lideri Yəhya Sinvarın bu sövdələşməni istəmədiyini bilmirik. Amma buna yekun vurmasaq, İranın İsrailə hücum etməsi ehtimalı var və bu, genişmiqyaslı qarşıdurma səviyyəsinə yüksələcək”, – nəşrin həmsöhbətlərindən biri bildirib.
Avqustun 18-də Fələstin hərəkatının Livandakı nümayəndəsi Əhməd Abdel Hadi bildirib ki, girovların azad edilməsi ilə bağlı İsraillə danışıqlar prosesinin birinci mərhələsində irəliləyiş müşahidə olunmayıb, ona görə də HƏMAS Doha görüşündən imtina edib.
Qəzza zolağındakı vəziyyətlə bağlı yeni görüş avqustun 15-16-da baş tutub və iclasda yalnız Qətər, Misir, ABŞ və İsrail iştirak edib.
Günel
Gununsesi.info