
ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçki kampaniyası üçün rekord məbləğdə 500 milyon dollar toplayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Vəsaitlər onun iyulun 21-də prezidentlik yarışına rəsmən daxil olduğu dörd həftə ərzində toplanıb və bu, 5 noyabr seçkiləri öncəsi yüksək donor həvəsini əks etdirir.
Bildirilir ki, Harris kampaniya başlayandan sonra ilk həftədə ilk 200 milyon dolları toplaya bilib.
Harrisin komandası iyul ayında 310 milyon dollar toplamışdır ki, bu da Baydenin əvvəlki pul yığımı ilə birlikdə onun kampaniyasını 1 milyard dollar həddi keçmişdir.
Paralel olaraq, Donald Trampın kampaniyası iyulda 138,7 milyon dollar toplayıb və hesablarında 327 milyon dollar qalıb.
Trump kampaniyası ikinci rübdə vəsait toplama baxımından Baydeni qabaqlasa da, Harris kiçik donorların dəstəyi və ölkə daxilində kütləvi mitinqlər sayəsində böyük məbləğlər toplamağa davam edir.
Afət