“Arsenal” baş məşqçisi ilə müqavilə müddətini artıracaq

  • By ilhame
  • 21 Avqust 2024 22:03

İngiltərənin “Arsenal” klubu baş məşqçisi Mikel Arteta ilə müqavilə müddətini artıracaq.

 

Gununsesi.info “Sky Sports”a istinadən xəbər verir ki, hazırda 2025-ci ilə qədər sözləşməsi olan 42 yaşlı mütəxəssislə yaxın günlərdə uzunmüddətli müqavilə bağlanacaq.

 

Qeyd edək ki, Arteta 2019-cu ildən “topçular”ı çalışdırır. O, bu müddət ərzində iki dəfə İngiltərə kubokunu və bir dəfə İngiltərə Superkubokunu qazanıb.

Gununsesi.info