Kadırovun oğlu Putinlə fotosunu yayıb

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Rusiya prezidenti Vladimir Putinlə fotosunu dərc edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, gənc oğlan fotonu sosial şəbəkəsində yerləşdirib.

Yayımlanan fotoda Adam və Rusiya dövlətinin başçısı təyyarənin yanında dayanıblar.

Avqustun 20-də Putin Qroznıya helikopterlə gəlib və onu Ramzan Kadırov qarşılayıb.

Rusiyanın prezidenti Çeçenistan rəhbəri ilə birlikdə Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində olub.

2024-cü il aprelin sonunda Çeçenistan rəhbərinin 16 yaşlı oğlunun Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin kuratoru təyin edilib.

 

 

İlhamə

Gununsesi.info