Harris hakimiyyətə gəlməyi ABŞ üçün təhlükəlidir

Gələcəkdə Kəmalə Harrisin mümkün administrasiyası altında Birləşmiş Ştatlar Amerika tarixində heç vaxt görünməmiş təhlükələrlə üzləşəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Maykl Vals deyib.

Valsa görə, bu gün ABŞ Silahlı Qüvvələrinin sayı İkinci Dünya Müharibəsindən bəri ən aşağı səviyyədədir.

O, vurğulayıb ki, Hərbi Dəniz Qüvvələri isə Çininkindən daha kiçikdir.

Avqustun 20-də keçmiş ABŞ prezidenti Donald Tramp bildirib ki, onun rəqibi, hazırkı vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Fox News-da sentyabrın 4-də keçiriləcək debatda aparıcılıq etməkdən imtina edib.

Tramp qeyd edib ki, rəqibinin qərarı onu təəccübləndirməyib.

 

 

Gununsesi.info