
Amerikanın “Microsoft” korporasiyası sentyabrın 2-dən Rusiya biznesinə qarşı yeni sanksiyalar tətbiq edərək, Rusiya Federasiyasından olan korporativ müştərilər üçün bəzi bulud abunəliklərinə çıxışını dayandıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə CNews yazır.
Softline şirkətinin investisiyalar üzrə vitse-prezidenti və Softline Venture Partners şirkətinin rəhbəri Yelena Volotovskaya izah edib ki, yeni məhdudiyyətlər Rusiyada qeydiyyatdan keçmiş bütün hüquqi şəxslərə təsir edəcək, lakin onlar xarici hüquqi şəxslərə məxsus və ya onlara nəzarət edilən transmilli şirkətlərə (TMŞ) təsir etməyəcək.
Bildirilir ki, qadağa əvvəllər Office 365 adlanan “Microsoft 365” bulud xidmətinə şamil oluna bilər.
Softline şirkətinin məlumatına görə, yeni tədbirlər bütün lisenziyalaşdırma kanallarına (Enterprise və CSP) təsir edəcək.
Şirkət Microsoft-a sorğu göndərərək hansı xüsusi məhsul və abunəliklərə sanksiya tətbiq olunacağı, buludda saxlanılan məlumatların nə qədər müddətə mövcud olacağı və sanksiyaya məruz qalan məhsullarla bağlı LSP və CSP müqavilələrinin statusunun necə olacağı ilə bağlı aydınlıq gətirməyi xahiş edib.
Şirkətlərin MMC-lərə mənsubluğunun təsdiqi proseduru da tələb olunub.
İyun ayında ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirərək, informasiya texnologiyaları sahəsində bir sıra xidmətlərin göstərilməsinə qadağa qoyub.
Sentyabrın 12-dən Rusiya tərəfinə müəssisələrin idarə edilməsi, dizayn və istehsalatda istifadə olunan proqram təminatı üçün İT konsaltinq, dizayn və İT dəstəyinin göstərilməsi qadağan ediləcək.
Qadağalar ABŞ-dan xidmətlərin həm ixracına, həm də reeksportuna və yerləşdiyi yerdən asılı olmayaraq Birləşmiş Ştatlarla əlaqəli hər hansı qurum tərəfindən həmin xidmətlərin təmin edilməsinə şamil edilir.
İstisnalar yalnız ABŞ vətəndaşları tərəfindən idarə olunan şirkətlər üçün nəzərdə tutulub.
Rusiya, Çin, Belarus, Cənubi Afrika və digər ölkələrdən olan 300-ə yaxın fiziki və hüquqi şəxs ABŞ-ın yeni sanksiyalarına məruz qalıb ki, bu da əvvəllər Moskvaya qarşı tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməyə kömək edir.
Sanksiyaya məruz qalanlar arasında Moskva Birjası, Milli Klirinq Mərkəzi və Milli Hesablaşma Depozitarisi var.
Afət