
Minnesota qubernatoru Tim Valz builki seçkilərdə Demokratlar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə razı olduğunu rəsmən açıqlayıb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayında çıxışı zamanı danışıb.
“Mən Demokratik Birləşmiş Ştatların vitse-prezidenti vəzifəsinə namizəd olmaqdan şərəf duyuram” -deyə Valz vurğulayıb.
Bundan əlavə, siyasətçi onu namizəd olmağa dəvət etdiyi üçün vitse-prezident Kamala Harrisə və prezident Co Baydenə “dörd illik qətiyyətli, tarixi liderlik” üçün təşəkkür edib.
Bildirilir ki Vals Respublikaçılar Partiyasını və prezidentliyə namizəd Donald Trampı tənqid edir.
Bundan əvvəl Fox News xəbər vermişdi ki, ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi Tim Valz ilə Çin arasında mümkün əlaqələri araşdırır.
Həmçinin daha əvvəl məlum olmuşdu ki, Valz hərbi xidmət qaydalarını pozaraq, birliyinin İraqa göndərilməsindən aylar əvvəl istefa verib.
Günel