Kiyev adminstrasiyasının bu addımı Rusiya üçün ağır zərbədir - Borrel

  • By ilhame
  • 21 Avqust 2024 21:23

Ukraynanın xarici işlər naziri Dimitro Kuleba ilə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel arasında telefon danışığı olub.

 

Gununsesi.info xəbər verir ki, bu haqda ali nümayəndə “X” hesabında paylaşım edib.

 

Borrel bildirib ki, Kurskda Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılaraq hücuma başlamasını müdafiə edir.

 

O bildirib ki, Kiyev adminstrasiyasının bu addımı Rusiya üçün ağır zərbədir.

 

Borrel bunun Ukraynanı qoruyacağına və sülh danışıqlarını yaxınlaşdıracağına inandığını qeyd edib.

Gununsesi.info