Rusiyada yenə şiddətli zəlzələ oldu

  • By Günel
  • 22 Avqust 2024 09:16

Rusiyanın Kamçatka diyarında 6,1 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələnin ocağı yerin təxminən 40 km dərinliyində, episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda, Avaça körfəzində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

 

Gununsesi.info