
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Ararat vilayətinə səfər edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr yazır ki, baş nazir səfər zamanı vilayətin bir çox icmasına baş çəksə də, Tiqranaşendən (Kərki-red.) yan keçib. O hətta kəndə ən yaxın-bitişik olan Sevakavana getsə də, Kərkiyə daxil olmayıb. Məlumata görə, bu məsələ hakim Mülki Müqavilə Partiyası daxilində narahatlıq yaradıb, Kərkinin Azərbaycana veriləcəyi ilə bağlı iddiaların güclənməsinə səbəb olub.
N.Paşinyan vilayətə səfərində müxtəlif icmaların rəhbərlikləri və güc strukturlarının nümayəndələri ilə görüşüb, onlara müxtəlif hədiyyələr verib. Nəşr iddia edir ki, baş nazir xüsusilə güc strukturlarına “sandıq” verdiyi hissələrin tam çəkilməsi və mətbuatda yayımlanması göstərişini verib. Belə ki, sözügedən ərazidə güc strukturlarının bir qisminin hakim partiya ilə əlaqəsinin olmadığı bildirilir. Baş nazirin bununla həmin şəxsləri də öz idarəsi altında göstərməyə çalışdığı deyilir.
Gununsesi.info