“Zirə”nin “Omoniya” sınağı

  • By Günel
  • 22 Avqust 2024 09:01

“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycan təmsilçisi Kiprdə “Omoniya” klubunun qonağı olacaq.

“GSP Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək. Qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

22 avqust

21:00. “Omoniya” – “Zirə”
Baş hakim: Yuri Frişer (Estoniya).
Nikosiya. “GSP Arena”.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

 

Gununsesi.info