Sabah bu ərazilərdə qaz olmayacaq

  • By ilhame
  • 21 Avqust 2024 21:56

Astara rayonunun 5 kəndində qazın verilişi dayandırılacaq.

 

Gununsesi.info-nun məlumatına görə, rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Artupa istiqamətində 2000 p/m qaz kəmərinin kipliyə yoxlanılması üçün Artupa, Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri olmaqla ümumilikdə 1200 abonentin qaz təchizatının 23 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Gununsesi.info