Bakıda qardaş bacısını bıçaqladı

  • By Günel
  • 22 Avqust 2024 10:53

Paytaxtın Nərimanov rayonunda bıçaqlanma baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə avqustun 21-də qeydə alınıb. Bakı şəhər sakini 1984-cü il təvəllüdlü F.Quliyev münaqişə zəminində bacısı 1986-cı il təvəllüdlü Ruhiyənin döş qəfəsinə bıçaqla xəsarət yetirib.

F.Quliyev polis tərəfindən saxlanılıb.

Nərimanov RPİ-də araşdırma aparılır.

 

Gununsesi.info