
Bolqarıstan öz istehsalçılarını Ukraynadan “həddindən artıq yumurta idxalından” qorumaq xahişi ilə Avropa Komissiyasına müraciət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə kənd təsərrüfatı və ərzaq naziri Georgiy Taxov Sənaye Quşçuluq Assosiasiyasının nümayəndələri ilə görüşdə bildirib.
“Bolqarıstan Avropa Komissiyasından Bolqarıstan yumurta istehsalçılarına Ukraynadan həddindən artıq idxala görə qoruyucu mexanizm tətbiq etməyi tələb edir”-deyə nazir bildirib.
Onun sözlərinə görə, o, Brüsseldə Nazirlər Şurasının iclasında sektordakı mövcud vəziyyət barədə danışmaqla artıq ilk addımı atıb.
Bir neçə Üzv Dövlətin birgə səyləri nəticəsində tarif kvotasının aktivləşdirilməsi mexanizmi tətbiq edilib. Bu kvota keçərsə, Ukrayna yumurtasının idxalına rüsum tətbiq olunacaq.
Qoruyucu tədbirləri tətbiq etmək üçün Brüssel dörd ay ərzində müvafiq məhsullar üçün Aİ bazarının və ya ayrı-ayrı üzv dövlətlərin vəziyyətini qiymətləndirməlidir.
Bolqarıstan Aİ-dən yerli istehsalçıları həddindən artıq idxalın mənfi təsirlərindən qorumaq üçün tədbirlər görməsini gözləyir.
İlhamə