Ronaldo öz “YouTube” kanalını açıb

  • By ilhame
  • 21 Avqust 2024 22:13

Beşqat “Qızıl top”un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldo öz “YouTube” kanalını açıb.

 

Gununsesi.info xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

 

“Gözləmə bitdi. Bu da mənim “YouTube” kanalım. Yeni səyahətimdə mənə qoşulun” , – Ronaldo yazıb.

 

Qeyd edək ki, artıq 900 mindən çox insan futbolçunun “YouTube” kanalına abunə olub.

Gununsesi.info