ABŞ aviadaşıyıcısı Yaxın Şərqə çatdı

  • By Günel
  • 22 Avqust 2024 10:37

ABŞ-ın “USS Avraam Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu Yaxın Şərqə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“F-35C və F/A-18 Blok III qırıcıları ilə təchiz edilmiş “USS Avraam Linkoln” ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub”, – məlumatda qeyd olunub.

 

Gununsesi.info