Ağacdan yıxılan kişi iki gün sonra xəstəxanada öldü

Şəki rayonunun Orta Zəyzid kənd sakini, 1959-cu il təvəllüdlü Əslan Mənəfov avqustun 15-də həyətyanı sahəsində ağacdan yıxılaraq xəsarət alıb.

Gununsesi.info  xəbər verir ki, o, bu gün səhər saatlarında aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.